Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2023 06:06
Mütəxəssislər isti vannanın insan vəziyyətinə müsbət təsir etdiyini müəyyən ediblər. Bu prosedur stressi aradan qaldırmağa kömək edir və ürək xəstəliyinin inkişaf riskini azaldır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 30.000 yaponun sağlamlığını izləyən elm adamları hər gün isti vanna qəbul edən insanların ürək-damar xəstəliklərinə tutulma riskinin 28, insult riskinin isə 26 faiz azaldığını müəyyən ediblər.
Eyni zamanda, ümumiyyətlə, isti vanna qəbul etməyənlərlə həftədə bir dəfə bunu edənlər eyni nəticəni göstəriblər. Yəni, hamamın sağlamlığınızı həqiqətən gücləndirməsi üçün onu vaxtaşırı deyil, mütəmadi olaraq qəbul etməyə dəyər.
Başqa bir araşdırmanın nəticələri göstərib ki, isti vanna qəbul edən insanlar daha az depressiv pozğunluq əlamətləri yaşayırlar. Mütəxəssislərin fikrincə, bu, isti suyun rahatlaşdırıcı təsiri ilə bağlıdır. Buna görə də depressiv düşüncələrə meyilli olan hər kəsə yatmazdan əvvəl ilıq vanna qəbul etməsi tövsiyə olunur.