Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kipr bizim milli məsələmizdir - Yaşar Gülər

Kipr bizim milli məsələmizdir - Yaşar Gülər

Tarix: 2 Avqust 2023 11:34

Kipr bizim milli məsələmizdir.

Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Şimali Kipr Türk Cümhuriyyətinin Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Kipr türklərinin indiyə qədər adada məruz qaldıqları təzyiqlər, qətliamlar onların ədalətli mübarizəsini yarımçıq qoymayıb, əksinə, müstəqilliklərini və gələcəklərini qorumaq əzmlərini artırıb. Türkiyə bu mübarizədə hər zaman kiprli qardaşlarının yanında olub və adada sülh və sabitliyin təmin olunması üçün hər cür səy göstərib", - deyə nazir qeyd edib.

Yaşar Gülər bildirib ki, Kipr bizim milli məsələmizdir: "Bu məsələnin ən qısa zamanda Türkiyənin qanuni mənafelərini və təhlükəsizliyini təmin edəcək şəkildə həll etmək ölkəmizin ən mühüm prioritetlərindən biridir".

"İstəyimiz adadakı Kipr türklərinin hüquqlarını görməzliyə vuran birtərəfli addımlardan qaçmaq, tarixi və aktual faktları düzgün müəyyənləşdirməkdir. Bu baxımdan bölgədə gərginliyi artıran hərəkət və danışıqlardan uzaq durmaq, beynəlxalq müzakirə mövzusu olan Kipr probleminin sülh yolu ilə bərabər və ədalətli həlli üçün güclü iradənin nümayiş etdirilməsini dəstəkləyirik. Ancaq hər zaman bilinməlidir ki, biz Türkiyənin Aralıq dənizindəki hüquq və mənafelərini qorumaqda tam qərarlıyıq",- deyə Türkiyənin Milli Müdafiə naziri vurğulayıb.

Bundan əlavə Yaşar Gülər qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri olaraq müdafiə, təhlükəsizlik və müharibə sənayesi sahələrində qardaş Kiprə hər cür dəstəyi verməyə davam edirik. Apardığımız birgə təlimlər, Kiprli hərbçilərə verilən təlim dəstəyi və atılan addımlar müdafiə sektorunda və hərbi sahədə əməkdaşlığımızın ən gözəl nümunələridir. Şimali Kipr Türk Cümhuriyyəti Silahlı Qüvvələri adada sülh və təhlükəsizliyin təminatıdır.

Qeyd edək ki, 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti elan olunub. Hazırda bu dövləti yalnız Türkiyə tanıyır.


Etiketlər:  Kipr bizim milli məsələmizdir Yaşar Gülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ