Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik ediləcək

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik ediləcək

Tarix: 2 Avqust 2023 13:32

Prezident İlham Əliyev "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Kredit ittifaqları haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485; 2001, № 12, maddə 736; 2010, № 10, maddə 839; 2016, № 3, maddə 408; 2019, № 1, maddə 32, № 6, maddə 993, № 8, maddə 1366; 2021, № 7, maddə 704, № 12, maddə 1298; 2023, № 3, maddə 334) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddə üzrə:

1.1. 8-ci hissədə "bank əməliyyatı aparmaq" sözləri "bu Qanunun 4-cü maddəsinə uyğun olaraq kreditlərin verilməsi" sözləri ilə və "maliyyə bazarlarına nəzarət orqanından" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra ‒ Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin;

1.2. 9-cu və 10-cu hissələrdə "Maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

"11. Kredit ittifaqlarının fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.".

2. 9-cu maddənin 1-ci hissəsinin ikinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin.

3. 15-1.1-ci maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin.

4. 17-ci maddə üzrə:

4.1. 2-ci hissəsinin ikinci cümləsində və 5-ci hissədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

4.2. 3-cü hissədə hər iki halda "Azərbaycan Respublikasının Mərkəzi Bankına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin və həmin hissədə birinci halda "və" sözü "və ya" sözləri ilə əvəz edilsin.

5. 18-ci maddənin 2-ci hissəsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.

6. 22-ci maddənin 6-cı hissəsindən "bank fəaliyyəti üçün" sözləri çıxarılsın.

Milli.Az


Etiketlər:  Kredit ittifaqları haqqında qanuna dəyişiklik ediləcək


RƏYLƏR