Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2023 08:18
Komandamı qələbə münasibətilə təbrik edirəm. Nə vaxtsa Polşa komandası "Qarabağ"ı üstələməli idi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri "Rakuv" komandasının baş məşqçisi David Şvarqa UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Rakuv" - "Qarabağ" (1:1) matçından dərhal sonra təşkil olunan mətbuat konfransında qeyd edib.
Baş məşqçi bu gün meydanda əsas işlərinin müdafiə olduğunu qeyd edib. Onun sözlərinə görə, futbolda dözmək və dözümlü olmaq çox çətindir:
"Fikrimcə, biz bu gün çox yaxşı oyun göstərdik. Oyunun ilk hissəsində biz özümüzü çox yaxşı göstərdik. Polşanın keçmiş qalibi öz qapısına 5 qolu buraxsa da, bu hal bizdə baş vermədi. Hava şəraitini nəzərə alaraq demək olar ki, idmançılarımız çox əziyyət çəkdilər. "Qarabağ" komandası güclüdür. Onlara gələcək matçlarında uğurlar arzu edirəm".