Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mask Monqolustandan Marsa “yol” çəkir

Mask Monqolustandan Marsa “yol” çəkir

Tarix: 3 Avqust 2023 09:46

Amerikalı iş adamı İlon Mask və Monqolustanın Baş naziri Luvsannamsrayn Oyuun-Erdene Qobi səhrasının Monqolustan hissəsində Marsa insanların göndərilməsi üçün xüsusi təlim mərkəzlərinin yaradılması imkanlarını müzakirə ediblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Oyuun-Erdene çoxdan Marsa insan göndərmək arzusunda olub. Monqolustanın cənub hissəsini əhatə edən Qobi səhrasının relyefi Marsın səthinə bənzəyir. Belə bir mərkəzin məhz burada yaradılmasının effektivliyi dəqiqləşdirilir.

Qeyd edək ki, öz növbəsində Mask dəfələrlə məqsədinin kosmosa səyahəti və Marsın kolonizasiyasını populyarlaşdırmaq olduğunu bildirib.


Etiketlər:  Mask Monqolustandan Marsa çəkir


RƏYLƏR