Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb

“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb

Tarix: 3 Avqust 2023 23:48

"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Milli.Az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə erkən vidalaşıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

"Qəbələ" ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, bu komandaların ilk dualindən də "Omoniya" qalib ayrılmışdı - 3:2.

Milli.Az


Etiketlər:  Qəbələ Konfrans Liqasında mübarizəni dayandırıb


RƏYLƏR