Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövsümün ilk matçında darmadağın

Mövsümün ilk matçında darmadağın

Tarix: 4 Avqust 2023 22:36

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, açılış oyunu Bakıda baş tutub. 

Çempionatın debütantı "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. "Dalğa Arena"da keçirilən görüşə saat 20:00-da start verilib.

İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmamışdı. Tərəflərin ilk görüşündə Tovuz təmsilçisi darmadağına sevinib.

Turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust

"Araz-Naxçıvan" - "Turan Tovuz" 0:3
Qol:
Martin Petkov, 53; 87. Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
Bakı. "Dalğa Arena".

Milli.Az


Etiketlər:  Mövsümün matçında darmadağın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ