Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2023 02:02
Vətəndaş nə avtomobilə görə ödədiyi pulun qəbzini ala bilir, nə də ki, maşını.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Əlihəzrət Tapdıqov yaxın qohumu Qadir Mirzəyevdən minik avtomobili aldığını iddia edir.
"İlkin ödəniş kimi ona 2500 manat ödəyib."
Qadir Mirzəyev isə iran İstehsalı olan avtomobili "ATLAS" CARS MMC-dən lizinq vasitəsi ilə alıb.
Beləliklə , lizinq vasitəsi ilə aldığı avtomobilin on ayının kreditini özü, 16 ayının yəni 8500 manatını isə Əlihəzrət Tapdıqov ödəyib.
Vətəndaş iddia edir ki, alqı-satqıdan sonra lizinq şirkətinə müqavilədəki adların dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Əlihəzrət Tapdıqov lizinq yolu ilə aldığı avtomobillə ötən ilin dekabr ayında qəza törədir, bundan sonra onun ödənişində problem yaranır. Əlihəzrət Tapdıqov Fevralda 375, martda isə 750 manat ödəyərək gecikmələrini bağlayır.
Onun ümumilikdə 8 min 500 manat pul ödəməsinə baxmayaraq avtomobili əlindən alınır.
"ATLAS" CARS MMC rəsmisi Ruslan Xəlilov isə deyir ki, müqavilə sahibinə avtomobil kreditinin ləngidilməsinə görə dəfələrlə xəbərdarlıq edilib.
Avtomobilin əsl sahibi Qadir Mirzəyevdə görüşdük. Lizinq şirkətində imza atdığı sənəddə yazılanlardan xəbərsiz olduğunu iddia edir.
Lizinq şirkəti isə tərəflərlə məhkəmədə görüşməyi tövsiyyə edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.