Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2023 20:04
Azərbaycanın daha üç cüdoçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.
Sonxeber.net xəbər verir ki, qızların mübarizəsində Nilgün Rzayeva (57 kq) və Zeynəbxanım Əsədova (70 kq), oğlanlardan isə Mehdi Abbasov (73 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq) və Cəsur İbadlı (66 kq) qızıl, Xədicə Abdullayeva (40 kq) və Aytən Verdiyeva (52 kq) isə bürünc medala sahib çıxıblar.