Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 09:28
Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımla ölkənin Xerson vilayətini birləşdirən Çonqar körpüsünə raket zərbəsi endiriblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, zərbə nəticəsində yolun hərəkət hissəsinin zədələnməsi qeydə alınıb.
Bildirilir ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Hücumun "Storm Shadow" raketləri ilə həyata keçirildiyi iddia edilir.