Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamil Zeynallının şeyxlərə layiq Dubaydakı dəbdəbəli TƏTİLİ - VİDEO - FOTO

Kamil Zeynallının şeyxlərə layiq Dubaydakı dəbdəbəli TƏTİLİ -  VİDEO - FOTO

Tarix: 7 Avqust 2023 11:55

Fitness məşqçi Kamil Zeynallı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tətilə yollanıb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, məşhur dəbdəbəli və şeyxlərə layiq istirahət üçün Dubaya üz tutub. 

Zeynallı hava limanından şəhərə kirayələdiyi sarı rəngli, lüks "Lamborghini" idman avtomobilində gedib. Daha sonra isə qaldığı oteldən çıxan Kamil nəqliyyat vasitəsini neon rəngli "Porshe"yə dəyişdirib.  

Dubayı "ələk-vələk" edən idmançı dünyanın ən hündür göydələni, 160 mərtəbəli "Burj Khalifa"ya yol alıb. 

Sözügedən göydələnə açılan möhtəşəm mənzərə önündə fotolar çəkdirən Kamil lüks restoranların birində dostlarının əhatəsində əylənib. 

Diqqət çəkən məqam isə Kamilin əynində olan ağ rəngdə boş milli "bişt" geyimi olub. Ərəblər kimi Zeynalov başına eyni rəngdə "kufiyə" də qoyub.   

Dubaydaki macəraları isə K.Zeynallı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Milli.Az


Etiketlər:  Kamil Zeynallının şeyxlərə layiq Dubaydakı dəbdəbəli TƏTİLİ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ