Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqonun keçmiş müşaviri: “Qərb Ukraynaya müdaxilə üçün koalisiya yaradır”

Pentaqonun keçmiş müşaviri: “Qərb Ukraynaya müdaxilə üçün koalisiya yaradır”

Tarix: 7 Avqust 2023 14:26

Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor hesab edir ki, Qərb Ukraynaya müdaxilə üçün koalisiya yaradır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ekspert bu barədə özünün "YouTube" kanalında yaydığı müsahibəsində bildirib.

O, bu əməliyyatı Qərb üçün təhlükəli hesab edib.

Makqreqorun fikrincə, ABŞ əvvəlki qədər güclü deyil.
"Biz artıq 1991-ci il modelində dövlət deyilik. Ordumuz heç də yaxşı vəziyyətdə deyil", - o, bildirib.

Makqreqor iddia edir ki, Polşa və Litva Ukraynaya müdaxilə edə biləcək hərbi ittifaqda əsas rol oynayacaq. Əməliyyat uğursuz olarsa, ABŞ onlara kömək edəcək.

Milli.Az


Etiketlər:  Pentaqonun keçmiş müşaviri Qərb Ukraynaya müdaxilə üçün koalisiya yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ