Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2023 05:06
Bir zamanlar Hollivudun ən varlı və nüfuzlu aktrisalarından olan Tori Şpelling acınacaqlı vəziyyətdə yaşayır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məşhur prodüsser Aron Şpellingin qızı olan Tori bir zamanlar atasının nüfuzundan istifadə edərək çox parlaq ulduza çevrilmişdi. Teleşoulara çağırılır, filmlərə çəkilirdi. Lakin atasının ölümü və əri Den Mak Dermottla boşandıqdan sonra onun həyat tamamilə dəyişdi. Aktrisanın nağıllardakına bənzəyən həyatı sona çatdı. Atası bütün varidatını qızına bağışlamadı. Onların bir zaman içində yaşadıqları villa Los-Ancelesin ən bahalı mülklərindən sayılırdı. Amma Tori sonralar başını altına salacaq bir dam tapa bilmədi.
Atasından ona qalan 800 000 dollarlıq malk-mülk tezliklə sovrulub. Sabahını düşünməyən Tori lüks həyatından əl çəkmək istəməyib, bütün pullarını əyləncəyə sərf edib. Heç bir yatırım etməyib, iş qurmayıb.
Pulları qurtarandan sonra illərlə ucuz motellərdə yaşayıb. Hazırda 4-14 yaşlarında 5 uşağı olan keçmiş milyoner xanım, bir zamanların ulduzu avtomobil-evdə yaşayır, küçələrdə quraşdırılmış hamamlarda yuyunur, ümumi tualetlərdən istifadə edir.