Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

32 yaşlı qadın ''Miss Rusiya 2023'' seçildi - FOTO

32 yaşlı qadın ''Miss Rusiya 2023'' seçildi - FOTO

Tarix: 8 Avqust 2023 19:35

Moskvada evli qadınlar arasında "Miss Rusiya - 2023" Ümumrusiya gözəllik müsabiqəsinin finalı keçirilib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, birinci yeri Gelendjik şəhərindən olan 32 yaşlı sakin Janna Spetsialnaya qazanıb. Bundan əvvəl o, "Xanım Gelendjik 2023" müsabiqəsinin qalibi olub.

"Müsabiqəyə dəyişmək üçün getdim. Həyatımda parlaqlıq istədim, analıq məzuniyyətindən gözəl çıxmaq istədim" deyə, qalib bildirib.

Baş mükafat kimi ona Maltaya bilet verilib. Janna ailəlidir və üç yaşında bir qızı var.

Yarışmada ikinci yerin qalibi  "Mrs. Russia Globe - 2023" titulu 38 yaşlı moskvalı, iki uşaq anası Anna Qruninaya olub.  O, 2024-cü ilin martında Çində keçiriləcək gözəllik müsabiqəsində Rusiyanı təmsil edəcək.


Etiketlər:  yaşlı qadın Miss Rusiya 2023 seçildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ