Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvanda dövlət qulluğuna qəbulun yeni qaydaları

Naxçıvanda dövlət qulluğuna qəbulun yeni qaydaları

Tarix: 10 Avqust 2023 08:04

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ləğv edilib və artıq Naxçıvanda da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova Naxçıvanda dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair təlimdə deyib.

Onun sözlərinə görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq sosial-iqtisadi inkişafa doğru uğurlu addımlar atılmaqdadır.

Görülən işlərin bir hissəsi də məhz dövlət qulluğu sahəsində aparılır. Bu sahədə əsas istiqamət peşəkar kadrların, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və qəbuludur.

"Biz ayda bir dəfə dövlət qulluğuna qəbulla bağlı sertifikat imtahanları keçiririk. Eyni imtahanları Naxçıvanda da təşkil edəcəyik. Burada da dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər o imtahanlarda iştirak edə biləcək, sertifikatları əldə edə biləcəklər. Onlar bu sertifikatla Azərbaycanın digər dövlət orqanlarına da müraciət edə biləcəklər", - N.Bayramova qeyd edib.

Milli.Az


Etiketlər:  Naxçıvanda dövlət qulluğuna qəbulun yeni qaydaları


RƏYLƏR