Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

Pike sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

Tarix: 10 Avqust 2023 14:25

Məşhur müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike sevgilisi ilə görüntülənib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, il boyu mediada Pikenin gənc xanımla eşq yaşadığı yazılsa da, onlar bir, ya da iki dəfə birlikdə görüntüləniblər.

Bu günlərdə isə futbolçunun Klara Çia Martidən ayrılmaq ərəfəsində olması barədə şayiələr yayılıb. Pike isə dedi-qodulara son qoymaq üçün sevgilisi ilə gəzintiyə çıxaraq, insanlar arasında görünüb. 

Ötən gün fotoqraflar Barselonanın düz mərkəzindəki restorana gedərkən sevgililəri görüntüləyib. Əl-ələ tutan Pike və Klara obyektivlərə gülərək poz da veriblər. Klara Jerarın uzun illər Şakira ilə birlikdə yaşadığı malikanəsinə köçür.

Milli.Az


Etiketlər:  Pike sevgilisi ilə əl ələ görüntüləndi FOTO


RƏYLƏR