Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buna görə Rusiya desant əməliyyatı keçirə bilməyəcək

Buna görə Rusiya desant əməliyyatı keçirə bilməyəcək

Tarix: 11 Avqust 2023 13:04

Hazırda Odessa sahillərinə Rusiyanın dəniz desantlarının eniş təhlükəsi yoxdur. Ancaq tammiqyaslı müharibənin başlanğıcında belə bir təhlükə həqiqətən də vardı. Rusiya donanması belə əməliyyata hazırlaşırdı.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk deyib.

Pletençuk bildirib ki, tammiqyaslı işğalın əvvəlində Rusiyanın Qara dəniz donanmasının tərkibində yeddi böyük desant gəmisi vardı:

"Amfibiyaya eniş əməliyyatını planlaşdırmaq və iştirak etmək üçün tammiqyaslı işğal başlamazdan əvvəl daha altı bölmə gətirdilər. Bu əməliyyat planlı olsa da, uğurlu olmadı".

Spikerin sözlərinə görə, Ukrayna Hərbi Dəniz Qüvvələri artıq ümumi sahəsi 25 min kvadrat kilometr olan su ərazisini azad edib:

"Ukraynanın sahil artilleriyası sahildən 100 dəniz milindən çox dərinlikdə əraziyə nəzarət edir. Ona görə də indi Rusiya desant əməliyyatı keçirə bilməyəcək".

Milli.Az


Etiketlər:  Buna görə Rusiya desant əməliyyatı keçirə bilməyəcək


RƏYLƏR