Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq - PROQNOZ

Bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq - PROQNOZ

Tarix: 11 Avqust 2023 13:12

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Milli.Az


Etiketlər:  Bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ