Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan qorxuya düşüb: Küçə-küçə gəzib Tiqran Avinyan üçün səs istəyəcək

Paşinyan qorxuya düşüb: Küçə-küçə gəzib Tiqran Avinyan üçün səs istəyəcək

Tarix: 12 Avqust 2023 08:02

Ermənistanda hakim Vətəndaş sazişi partiyası baş nazir Nikol Paşinyanın İrəvan merliyi uğrunda seçkilərdə iştirak etməsini istəyir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Nikol Paşinyan da bu prosesə artıq fəal şəkildə qoşulub. O, komanda üzvləri ilə İrəvan küçələrini gəzir və Tiqran Avinyana səs verməyə çağırır. Hakim partiyanın bəzi üzvləri isə Paşinyanın iştirakının əks effekt verə biləcəyini də düşünür.

Ermənistan mediası Paşinyanın bu seçkilərə az qala "ölüm-qalım" məsələsi kimi baxdığını bildirir.

Bu arada, bir ara Ermənistanda ciddi siyasi təsirə malik partiyalardan sayılan "Çiçəklənən Ermənistan" seçkilərə qatılmama qərarı alıb. İş adamı Qagik Sarukyanın liderlik etdiyi partiyanın sözcüsü İveta Tonoyan bunun guya Qarabağda yaranan situasiya ilə bağlı olduğunu söyləyib.

Milli.Az


Etiketlər:  Paşinyan qorxuya düşüb Küçə küçə gəzib Tiqran Avinyan üçün səs istəyəcək


RƏYLƏR