Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də əsrin faciəsi: Havay adalarındakı yanğında 89 nəfər öldü

ABŞ-də əsrin faciəsi: Havay adalarındakı yanğında 89 nəfər öldü

Tarix: 13 Avqust 2023 09:48

Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Coşa Qrin məlumat verib.

Onun sözlərinə görə, yanğın ABŞ-də son yüz ildə baş vermiş bütün yanğınlar arasında ən çox insan ölümünə səbəb olub.

Daha əvvəl 80-ə yaxın insanın öldüyü bildirilirdi.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını çərşənbə günü başlayıb.

Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib.

Nəticədə şəhər tamamilə yanıb.

İnsanlar yanğından qurtulmaq üçün okeana giriblər. Onlar Sahil Mühafizəsi və könüllülər tərəfindən xilas edilib.


Etiketlər:  ABŞ əsrin faciəsi Havay adalarındakı yanğında nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ