Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda ''Mən qayıdacağam'' yazıldı

Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda ''Mən qayıdacağam'' yazıldı

Tarix: 28 Oktyabr 2019 15:04

Bakı. Trend:

Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.

Trend-in məlumatına görə, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacağam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.

S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: "Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq".

Qeyd edək ki, Gürcüstan Prezidentinin rəsmi saytı hələ də işləmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gürcüstan Prezidentinin saytına hücum Saakaşvilinin fotosu fonunda Mən qayıdacağam yazıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ