Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2023 13:40
Cəlilabadda bir neçə həftədir ki, üzüm yığımı aparılır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, məhsulu yetişdirən fermerlər bildirir ki, bu il rayonda havalar əlverişsiz keçsə də, məhsuldarlıq kifayət qədər yüksək olub. Amma buna baxmayaraq, məhsulun qiymətinin ucuz olması onları qane etmir.
Fermerler deyir ki, yetişmiş məhsulu uzun müddət bağlarda saxlamağ mümkün deyil. Ona görə də, məhsulu aşağı qiymətə də olsa satmağa məcbur olurlar.
Qeyd edək ki, bu il rayonda 1453 hektar ərazidə üzüm əkini həyata keçirilib və bu günə qədər 1300 ton süfrə üzümünün yığımı aparılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: