Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edildi - FOTO

Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edildi - FOTO

Tarix: 14 Avqust 2023 17:34

Əməkdar bədən tərbiyəsi və idman xadimi, "Şöhrət" ordenli tanınmış mütəxəssis Firdovsi Umudova "Vətən müharibəsi iştirakçısı" medalı təqdim edilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun yetirməsi, 3 qat dünya, 4 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Hacı Əliyev instaqram hesabında paylaşım edib:

"Uzun illərdir Firdovsi Umudovla çiyin-çiyinə çalışırıq. Onun idman sahəsində qazandığı uğurları sadalamaqla bitməz. Dövlət Sərhəd Xidmətinin zabiti kimi Firdovsi müəllimin 44 günlük Vətən müharibəsi zamanı digər əsgər və zabitlər kimi könüllü olaraq cəbhəyə yollanmaq istəyi, komandanlığın verdiyi tapşırıqları yüksək səviyyədə icra etməsi onun vətəninə, dövlətinə olan sevgisini bir daha bariz şəkildə ortaya qoyur. Bu şərəfli yolda Firdovsi müəllimə uğurlar arzulayıram".


Etiketlər:  Firdovsi Umudova Vətən müharibəsi iştirakçısı medalı təqdim edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ