Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli jurnalistlər ermənilərin “humanitar” şousunu izlədilər - FOTO

Türkiyəli jurnalistlər ermənilərin “humanitar” şousunu izlədilər - FOTO

Tarix: 14 Avqust 2023 20:36

İşğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri Zəngilandan sonra Laçına gəliblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə onlar Laçın dövlət-sərhəd buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Qeyd edək ki, türkiyəli jurnalistlər ermənilərin Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi zamanı bütün prosedurları izləyiblər. Keçid məntəqəsində ermənilərin qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Gün ərzində 20 nəfər erməniəsilli vətəndaş Ermənistan istiqamətinə keçib.

Həmçinin, onlar Ermənistan tərəfində yük maşınlarının dayandırılmasını və bununla da Ermənistanın siyasi şou yaratmaqla təxribata əl atmasının da şahidi olublar. Qardaş ölkənin media nümayəndələri bunu açıq-aşkar sərhəd-keçid məntəqəsindən müşahidə ediblər.


Etiketlər:  Türkiyəli jurnalistlər ermənilərin humanitar şousunu izlədilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ