Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 16:44
Miqrantların əksəriyyəti rublun dollar və avro qarşısında ucuzlaşması səbəbindən Rusiyanı tərk edə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Moskvadakı özbək diasporunun rəhbəri Bəhram İsmayılov deyib.
Onun sözlərinə görə, özbək diasporunun nümayəndələri keçirdikləri sorğu zamanı respondentlərin 50 faizi Rusiyadan getmək istədiklərini deyiblər:
"Miqrantların Rusiyadan gedişi ilk növbədə ən az maaş alan sahələrdə - pərakəndə satış, iaşə, təmizlik, kuryer xidməti və kənd təsərrüfatında baş verir. Qazanclarının azalması ilə yanaşı, miqrantlar evə pul göndərərkən qazandıqları pulun bir hissəsini də itirirlər, çünki konvertasiya pul alan ölkənin yerli məzənnəsi ilə baş verir".