Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 23:42
Səudiyyə Ərəbistanlı jurnalist məşhur futbolçu Fabinyoya "Rolex" saat hədiyyə edib.
"Qafqazinfo" "Gazeta.ru"ya istinadən xəbər verir ki, maraqlı hadisə ötən gün Fabinyonun çıxış etdiyi "Əl İttihad" ilə "Əl-Raed" arasında keçirilən oyundan sonra yaşanıb.
Jurnalist İbrahim Əl-Falyan futbolçuya hədiyyəni yaxşı oyun göstərdiyi üçün verdiyini deyib. Fabinyo isə jurnalistin bu hərəkətini gülüşlə qarşılayaraq ona təşəkkür edib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Qeyd edək ki, Fabinyo 2018-ci ildən çıxış etdiyi "Liverpul"dan "Əl-İttihad"a keçib. Fabinyonun hazırkı bazar dəyəri 42 milyon avrodur.