Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 08:36
Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Borrel X (Tvitter) səhifəsində yazıb.
"Mən nazir Abdullahian ilə digər məsələlərlə yanaşı, avropalı məhbusların azad edilməsinin və fundamental insan hüquqlarına hörmətin təmin edilməsinin vacibliyindən danışdım. Biz nüvə proqramı ilə bağlı vəziyyətin deeskalasiyası və MAQATE ilə əməkdaşlığın əsas əhəmiyyətinin yer aldığı İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə dialoqu müzakirə etdik. Rusiya ilə hərbi əməkdaşlıqdan dərin narahatlığımı ifadə etdim", - o yazıb.