Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi aktyor erotik filmlərin necə çəkilməsindən danışdı: Hər şey real idi

Əfsanəvi aktyor erotik filmlərin necə çəkilməsindən danışdı: Hər şey real idi

Tarix: 16 Avqust 2023 18:40

"Yeşil Çam"ın əfsanəvi aktyorlarından olan Aydemir Akbaş qatıldığı televiziya proqramlarından birində içərisində erotik kadrlar olan filmlərin necə çəkilməsi barədə danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, aktyor bildirib ki, filmlər çəkilərkən setlərə pulla tutulmuş qədim peşə sahibləri dəvət olunurmuş. O filmlərdə göstərilən cinsi əlaqə, zorlama səhnələrinin həqiqətən baş verməsindən danışıb.

"Otaqlardan birində pulla tutulmuş qadınların real cinsi əlaqələri çəkilir, sonra filmə əlavə edilirdi. Belə filmlərin kassa gəlirləri istənilən digər filmin gəlirlərindən qat-qat üstün olurdu. Setdə alt paltarımı soyunmam üçün mənə nələr təklif etməyiblər. Soyunmağım və belə rollara çəkilməyim müqabilində böyük pullar təklif edilirdi. Elə pullar ki, onun cazibəsi qarşısında dayanmaq mümkün deyildi. Çox zaman belə filmlərdə çəkilmək üçün kasıb qadınları tutur, onların həyatını məhv edirdilər. Mən belə filmlərin çəkilməsinin qarşısının alınması üçün Mədəniyyət Nazirliyinə müraciət etmişdim. Kino bu baxımdan təhlükəli şeydir. Türkan Şorayın bir filmindəki bağırma, inləmə, ağlama səslərini kəsib erotik filmin üstünə yapışdırmışdılar. Pul gəlincə insanın mənəvi dəyər anlayışı qalmır",- deyə qocaman aktyor bildirib.

Milli.Az


Etiketlər:  Əfsanəvi aktyor erotik filmlərin necə çəkilməsindən danışdı Hər şey real idi


RƏYLƏR