Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə yüksək səviyyədə inkişaf etmiş səhiyyə sisteminə malikdir - BƏƏ səfiri

Türkiyə yüksək səviyyədə inkişaf etmiş səhiyyə sisteminə malikdir - BƏƏ səfiri

Tarix: 17 Avqust 2023 14:42

Türkiyə yüksək səviyyədə inkişaf etmiş səhiyyə sisteminə malikdir.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türk-Ərəb Ölkələri Əməkdaşlıq Dərnəyinin (TÜRAP) təşkil etdiyi 1-ci Turabexpo sağlamlıq turizmi sərgisini ziyarət edən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankara səfiri Səid Sani əz-Zahiri deyib.

"Türkiyə ilə BƏƏ arasında münasibətlərin yeni dönəmindəyik. BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı rəsmi səfərləri yaxşı münasibətlərin göstəricisidir. Bir çox fərqli sahələrdə, texnologiya, süni intellekt, bərpa olunan enerji sahəsində yeni iqtisadi əməkdaşlıqlar və investisiyalar həyata keçirilir",- deyə səfir qeyd edib.

Zahiri bildirib ki, Türkiyənin çox yaxşı və inkişaf etmiş səhiyyə sistemi var:

"Biz Türkiyənin təcrübəsindən faydalanırıq, Türkiyə də bizim bölgədəki təcrübəmizdən faydalanır. Ölkələrimiz səhiyyə sahəsində də əməkdaşlıq edirlər".

Qeyd edək ki, 1-ci Turabexpo sağlamlıq turizmi sərgisi dünən İstanbulda başlayıb. Burada Türkiyə və ərəb dünyasından xəstəxana rəsmiləri, səhiyyə qurumları və həkimlər iştirak edir. Sərgi bu gün saat 18:00-da başa çatacaq.

Milli.Az


Etiketlər:  Türkiyə yüksək səviyyədə inkişaf etmiş səhiyyə sisteminə malikdir BƏƏ səfiri


RƏYLƏR