Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Beşiktaş"a məğlub olan "Neftçi" avrokuboklarla vidalaşdı - YENİLƏNDİ

Tarix: 17 Avqust 2023 23:56

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki,Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu "Beşiktaş"ın qonağı olub.

Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan "Neftçi" gözlənilmədən "Beşiktaş" stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.

Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.

Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan "Neftçi" avrokuboklarla vidalaşıb. "Beşiktaş" isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu "Dinamo" (Kiyev) olacaq.

Milli.Az


Etiketlər:  Beşiktaşa məğlub olan Neftçi avrokuboklarla vidalaşdı YENİLƏNDİ


RƏYLƏR