Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində

Tarix: 17 Avqust 2023 22:34

"Qarabağ" ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələrək buna nail olub.

Turnirin III təsnifat mərhələsində iki oyunun yekununda Finlandiya HİK-ni keçən (2:1, 2:1) "köhlən atlar" ən azı UEFA Konfrans Liqasının qrupunda olacaq.

Bu da 2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubunun 10-cu uğurunu rəsmiləşdirməsi deməkdir.

Milli.Az


Etiketlər:  Qarabağ ardıcıl 10 cu dəfə avrokubokların qrup mərhələsində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ