Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 09:45
Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun Praqadakı konserti siyasi səbəblərə görə ləğv edilib.
Sonxeber.net OLAY-a istinadən yazır ki, konsert agentliyi təşkilatçıların oktyabrın 16-na planlaşdırılan çıxışı ləğv etmək barədə qərarla razılaşmadıqları, lakin Praqa siyasi dairələrinin müğənniyə qarşı mənfi münasibəti fonunda bunu zəruri hesab ediklərini bildirib.
Konsert üçün bütün biletlər satılıb. Agentlik qeyd edib ki, pul tam həcmdə Netrebkonun pərəstişkarlarına qaytarılacaq.
Xatırladaq ki, 2022-2023-cü illərdə opera müğənnisinin Ştutqart, Nyu-York və Frankfurtda konsertləri ləğv edilib.