Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm'' - Qurban Qurbanov

''Neftçi'' ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm'' - Qurban Qurbanov

Tarix: 28 Oktyabr 2019 21:28

“Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birini göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda "Səbail"i 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
 
O, növbəti turda qarşılaşacaqları "Neftçi" ilə matç barədə də danışıb: "Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı görüş olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-i ilə qarşılaşmanın olmasına baxmayaraq, "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik".
 


Etiketlər:  Neftçi ilə oyunda çox dəyişiklik etməyi düşünmürəm Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ