Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2023 04:28
"X" sosial şəbəkəsi şəxsiyyəti təsdiq edən fotodan istifadə edərək şəxsiyyəti yoxlama funksiyası üzərində işləyir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə tətbiqin yayımlanmamış xüsusiyyətlərini araşdıran tədqiqatçı jurnalist Nima Ouci xəbər verib.
O, bildirib ki, bu ay Maskın profilində "ID verified" nişanını görüb. Bu yaxınlarda isə tətbiqdə yeniliyin ətraflı təsvirini tapıb ki, bu da funksiyanın tezliklə işə salınacağını göstərir.
"Hökumət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini təqdim etməklə hesabınızı yoxlayın. Bu, adətən, təxminən beş dəqiqə çəkir", - deyə təsvirdə bildirilib.
Burada həmçinin qeyd olunur ki, pasport şəkli ilə yanaşı, istifadəçi sənədlə birlikdə selfi də çəkməli olacaq.
"X"in şəxsiyyəti təsdiq edən tərəfdaşı "Au10tix" olacaq.
Qeyd olunur ki, yoxlama üçün ötürülən məlumat həm "Au10tix", həm də "X"-də görünəcək.
Bundan başqa, sosial şəbəkə biometrik məlumatlar daxil olmaqla şəxsiyyət vəsiqəsinin şəkillərini 30 günə qədər saxlayacaq və bu məlumatlardan təhlükəsizlik məqsədilə istifadə edəcək.
Pasport vasitəsilə profil identifikasiyasının məcburi olub-olmayacağı və təsdiqlənmiş profillərin hansı üstünlüklərə malik olacağı hələ məlum deyil. Bununla belə, görünür, tezliklə İlon Maskın sosial şəbəkəsində profili təsdiqləmək üçün yeni üsul işə salınacaq.