Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə tərəfi ilə danışıqlar aparılmır - İrəvan

Türkiyə tərəfi ilə danışıqlar aparılmır - İrəvan

Tarix: 20 Avqust 2023 17:32

Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası layihəsi faktiki olaraq dondurulub.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Məlumata görə, körpünün yalnız ilkin eskiz variantı mövcuddur.

"Türkiyə tərəfi ilə danışıqlar aparılmır. Yalnız layihə və hesablama sənədləri hazırlandıqdan sonra körpünün bərpasının dəyəri və müddətindən danışmaq mümkün olacaq.", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevral ayında Ankaradakı çıxışında Ankara və İrəvanın Ani körpüsünün olunması ilə bağlı məlumat vermişdi.


Etiketlər:  Türkiyə tərəfi ilə danışıqlar aparılmır İrəvan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ