Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda 44 yaşlı kişi qətlə yetirildi

Abşeronda 44 yaşlı kişi qətlə yetirildi

Tarix: 21 Avqust 2023 09:52

Abşeron rayonunda 44 yaşlı kişi öldürülüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Etiketlər:  Abşeronda yaşlı kişi qətlə yetirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ