Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2023 13:40
Hindistan İrandan tranzit olaraq Ermənistana silah tədarükünü davam etdirir.
Ermənistana silah aparan yük maşınları avqustun 18-də Təbriz sakinləri tərəfindən mobil telefonla lentə alınıb.
Təbrizin Şordərə rayonundan üzəri brezentlə örtülmüş hərbi texnikanın olduğu qoşqular keçib.
Xatırladaq ki, daha əvvəl Hindistan istehsalı olan "Pinaka" reaktiv yaylım atəş sistemlərini Ermənistana daşıyan yük maşınları Zəngəzurdan keçərkən Azərbaycan sərhədçilərinin texniki müşahidə avadanlığı tərəfindən qeydə alınıb.
Ötən il Ermənistan Hindistandan yüz milyonlarla dollar dəyərində silah və hərbi texnika sifariş edib. Onların arasında reaktiv yaylım atəşi sistemləri, yedəkli artilleriya və təkərli minaatanlar, həmçinin hava hücumundan müdafiə sistemləri var. Bağlanmış müqavilələr əsasında Hindistan artıq Ermənistana silah tədarük etməyə başlayıb.
Rəsmi Bakı Hindistanın Ermənistanı silahlandırmasına etiraz edərək, Dehlinin bu addımının regionda sülhün əldə olunmasına mane olduğunu vurğulayıb.