Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvaya PUA hücumu: iki nəfər yaralandı

Moskvaya PUA hücumu: iki nəfər yaralandı

Tarix: 21 Avqust 2023 18:34

Bu gün Moskvaya endirilən PUA zərbəsi zamanı xəsarət alanlar olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

Onun sözlərinə görə, İstrinsk dairəsində bağ evinə PUA-nın düşməsindən sonra iki nəfər yaralanıb.

"Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Eləcə də 3 evin pəncərələri qırılıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Moskva PUA hücumuna görə paytaxt hava limanlarının hamısı bağlanmışdı.

Milli.Az


Etiketlər:  Moskvaya PUA hücumu iki nəfər yaralandı


RƏYLƏR