Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Madonna yenicə barışdığı böyük oğlunu yeni sevgilisi ilə tanış edib - FOTO

Madonna yenicə barışdığı böyük oğlunu yeni sevgilisi ilə tanış edib - FOTO

Tarix: 21 Avqust 2023 18:45

Ötən həftə 65 yaşını qeyd edən Madonna oğlu Rokkonu ad günündə yeni sevgilisi 29 yaşlı boksçu Coş Popperlə tanış edib.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Rokko Madonnanın digər övladları 26 yaşlı Lourdes Leon, 17 yaşlı Devid Banda, 17 yaşlı Mersi Ceyms və əkizləri Stella və 10 yaşlı Ester ilə birlikdə müğənninin doğum gününü qeyd etmək üçün Lissabona yollanıblar.  

Madonna Popper ilə övladlığa götürdüyü oğlu Davidi məşq edərkən tanış olub. O vaxtdan bəri müğənni bir neçə dəfə uşaqlarının yanında onunla birlikdə görünüb.
Xatırladaq ki, müğənni böyük oğlu ilə bir neçə həftə əvvəl münasibətlərini bərpa edib. Çünki daha əvvəl onların arasında ciddi münaqişə yaranmışdı. Bu səbəbdən də oğul ulduz anasını tərk edib Londonda atası, rejissor Qay Riçinin ailəsi ilə yaşamağa qərar verib.  

Madonna əkiz Stella və Esteri övladlığa götürəndə oğlu ilə barışmaq məcburiyyətində qalıb.

Pop ulduz özündən 36 yaş kiçik Popperlə görüşməyə bir neçə ay əvvəl başlayıb.

Milli.Az


Etiketlər:  Madonna yenicə barışdığı böyük oğlunu yeni sevgilisi ilə tanış edib FOTO


RƏYLƏR