Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təqaüdçülərə VACİB XƏBƏR - Pensiya yaşı 74-ə QALDIRILIR?

Təqaüdçülərə VACİB XƏBƏR - Pensiya yaşı 74-ə QALDIRILIR?

Tarix: 21 Avqust 2023 23:44

Avropada pensiya yaşı 74-ə qaldırılır. Keçmiş Avropa Parlamentinin deputatı, "Yunanıstan - Başqa yol" partiyasının sədri, professor Notis Marias Avropada pensiya yaşının 74 yaşa qaldırılması prosesinə başlanıldığını elan edib.

Mariasın sözlərinə görə, onlar 2020-ci ilin sonundan bu prosesə başlamaq istəyiblər. Siyasətçi bildirib ki, oktyabrın 13-də Aİ Şurası 2020/1512 saylı "Üzv dövlətlərin məşğulluq siyasətinin rəhbər prinsipləri haqqında" qərarını təqdim edib və bu qərar 19 oktyabr 2020-ci ildə Aİ-nin rəsmi jurnalında dərc olunub. Pensiya qanunvericiliyi sahəsində islahatlar gender pensiya fərqinin daraldılması, iş ömrünün uzadılması və aktiv qocalma strategiyalarına əsaslanmalıdır.

Bəs Avropada başlayan bu proses Azərbaycana da təsir edə bilərmi?

Sonxeber.net xəbər verir ki, bu barədə Referans.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, pensiya yaşının hazırkı dövrdə qaldırılması düzgün olmaz:

"Bu məsələ uzun zamandır ki, Avropada müzakirə olunur. Fransalı deputatlar daha çox bunun reallaşmasını istəyirlər. Amma hazırda Avropa ilə Azərbaycanı müqayisə etmək düzgün olmaz. Birincisi Avropada pensiyaya çıxan şəxslərin aldığı məbləğ kifayət qədər yüksəkdir və fikir versək, görərik ki, Avropanın pensiyaya çıxan insanları demək olar ki, bütün dünyanı gəzintilə məşğuldurlar. İstədikləri kimi gəzirlər, istirahət edirlər. Yəni onlar Azərbaycanla müqayisə edilə bilməz. Hazırda Azərbaycanda pensiya yaşının 65 olması belə ciddi narhatlıq doğurur".

Millət vəkili əlavə edib ki, Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda orta yaş həddi 72 yaşdır. Buna görə də, nəinki pensiya yaşının qaldırılması, onun daha da aşağı endirilməsindən söhbət getməlidir.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Avropada pensiya yaşının artırılması demoqrafik vəziyyətlə bağlıdır:

"Belə təkliflər daha çox Yunanıstandan səslənilir. Çünki işçi qüvvəsi çatışmır. Bu barədə həddindən artıq problem var. Doğuşla bağlı, demoqrafik vəziyyətlə bağlı ciddi problemlər mövcuddur və bu artmağa davam edir. Buna görə də təqaüd yaşının artırılması zaman-zaman gündəmə gəlir. Amma bu həyata keçiriləcək bir məsələ də deyil, çünki orda insanların buna qarşı ciddi etirazı var. Hələlik bu təklif kimi səsləndirilib, amma reallaşdırılması o qədər də asan məsələ deyil. Azərbaycanda buna ümumiyyətlə ehtiyac yoxdur, çünki Azərbaycanda demoqrafik vəziyyət hələki Avropaya nisbətən xeyli yaxşıdır".

İqtisadçının sözlərinə görə, bizdə gənc nəslin yetişməsi və yaşlıları əvəz etməsi orqanik qaydada davam edir və proses gedir: "Lakin bizdə başqa problem var. Hazırda ölkədə bəzi hallarda, əsasən də dövlət orqanlarında dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar təqaüdə çıxmaq istəmirlər. Onlar özləri istəyirlər ki, təaqüd yaşı artırılsın".

Çünki təqaüdlərin az olması, maaşların isə daha yüksək olması buna təşviq edir. Yəni bizdəki problemə bir az tərsindən baxmaq lazımdır. Amma Azərbaycanda təqaüd yaşının artırılmasına birmənalı olaraq ehtiyac yoxdur - deyə Natiq Cəfərli qeyd edib.


Etiketlər:  Təqaüdçülərə VACİB XƏBƏR Pensiya yaşı QALDIRILIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ