Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2019 07:12
Bakı. Trend:
Boliviyada yenidən seçilmiş prezident Evo Moralesin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Efe" agentliyi bildirib.
Etirazlar Boliviyanın bir neçə şəhərində, o cümlədən La-Pas, Koçabamba və Santa-Crusda keçirilib. Bir nəfər qarnından güllə yarası alaraq xəstəxanaya aparılıb.
Boliviyanın səhiyyə naziri Qabriela Montanyo "Twitter"-də xəsarət alan şəxsin vəziyyətinin kritik olduğunu bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin