Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə bandit yığını toplandı: Ağdam-Xankəndi marşrutu razılaşdırılır

Xankəndidə bandit yığını toplandı: Ağdam-Xankəndi marşrutu razılaşdırılır

Tarix: 22 Avqust 2023 13:54

"Hraparak" yazır ki, bu gün saat 11 radələrində qarabağlı erməni separatçılarının lideri Araik Arutyunyan qondarma "Təhlükəsizlik Şurası"nın geniş iclasını keçirib. İclasda "parlamentdəki fraksiyaların rəhbərləri, "sabiq prezidentlər", habelə son günlər çox aktivləşmiş "könüllülər dəstəsi" adlı bandit yığınının lideri Karen Matevosyan iştirak ediblər.

"Qarabağlı ermənilərin siyasi elitası Xankəndinə yüklərin Ağdamdan daşınması ilə bağlı Azərbaycanın eştiyacını təmin etmək qərarına gəlib", - "Hrapark" yazıb.

"Azərbaycanqın ehtiyacı" ifadəsi xüsusilə maraqlıdır. 

Ağdam-Xankəndi marşrutuna bizim yox, qarabağlı ermənilərin ehtiyacı var və bu marşrutla bağlı Bakının mövqeyi "ehtiyac" yox, şərtdir.


Etiketlər:  Xankəndidə bandit yığını toplandı Ağdam Xankəndi marşrutu razılaşdırılır


RƏYLƏR