Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meşə yanğınlarına görə 700 nəfər təxliyə edildi

Meşə yanğınlarına görə 700 nəfər təxliyə edildi

Tarix: 23 Avqust 2023 07:08

İtaliyanın qərbindəki Elba adasında meşə yanğınları baş verib, bölgədən təxminən 700 nəfər təxliyə olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təxliyə edilənlərdən 150-si bələdiyyə strukturlarında yerləşdirilib, qalanları isə fərdi qaydada özləri üçün yer tapıblar. Meşəlik ərazidə baş verən yanğın səbəbindən bəzi evlər və düşərgələr boşaldılıb.

Yanğınsöndürmə işlərinə çoxlu sayda briqada, iki təyyarə və iki helikopter cəlb olunub. Yanğın nəticəsində ümumilikdə 14 hektar əraziyə ziyan dəyib.


Etiketlər:  Meşə yanğınlarına görə nəfər təxliyə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ