Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb - Türkiyənin daxili işlər naziri

Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb - Türkiyənin daxili işlər naziri

Tarix: 23 Avqust 2023 10:02

Çanaqqala boğazında baş verən yanğın səbəbindən dəniz nəqliyyatı ikitərəfli bağlanıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz rəsmi sosial media hesabında açıqlama verib.

Nazir bildirib ki, Çanaqqala-Çan şosesi mülki avtomobillərin hərəkəti üçün bağlanıb.

"Bölgəyə 2 min 659 canlı qüvvə, səkkiz təyyarə, 26 helikopter, 240 su çəni, 71 su tankeri, 328 tikinti texnikası göndərilib və ümumilikdə 1251 nəfər təxliyə edilib", - deyə A.Yerlikaya əlavə edib.

Qeyd edək ki, dünən Çanaqqala vilayətində meşə yanğını baş verib.

Milli.Az


Etiketlər:  Çanaqqala boğazı dəniz nəqliyyatı üçün bağlanıb Türkiyənin daxili işlər naziri


RƏYLƏR