Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Temperatur 4-7 dərəcə enəcək, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Temperatur 4-7 dərəcə enəcək, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Tarix: 23 Avqust 2023 16:32

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli.Az-a Milli Hidrolemetorologiya Xidmətindən bildirilib.

Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Milli.Az


Etiketlər:  Temperatur 4 7 dərəcə enəcək güclü külək əsəcək çaylardan sel keçəcək XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ