Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİQQƏT! Bu qidalar bağırsaqlara zərər verir

DİQQƏT! Bu qidalar bağırsaqlara zərər verir

Tarix: 25 Avqust 2023 05:48

Dietoloq Trista Best həzm problemlərinin səbəbini izah edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  mütəxəssisin fikrincə, optimal bağırsaq sağlamlığı üçün qida rasionunuzda dəyişikliklərin edilməsi vacibdir. 

Onun sözlərinə görə, səhər yeməyində keks, kruvasan kimi şirniyyatların istehlakı bağırsaq bakteriyalarının balanssızlığına və həzm problemlərinə səbəb olur:

"Tərkibində süni dadlandırıcılar olan "pəhriz" məhsulları daha sağlam, aşağı kalorili seçim kimi görünə bilər, lakin bu kimi qidalar da bağırsaq balansını poza və bununla bağlı problemlər yarada bilər. Bundan əlavə qızardılmış qidalar orqanizmin sağlamlığı üçün ciddi təhlükələrdən biridir. Bu qidalar bağırsaqda reflü və arzuolunmaz dəyişikliklərə səbəb ola bilər. Ümumiyyətlə, gündəlik istehlak etdiyiniz qidalar bağırsaq sağlamlığınıza əhəmiyyətli dərəcədə təsir göstərir. Bu kimi problemli qidalardan uzaq durmaqla, həzminizin sağlamlığını və rahatlığını yaxşılaşdıra bilərsiniz".

Milli.Az


Etiketlər:  DİQQƏT qidalar bağırsaqlara zərər verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ