Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yatanda pəncərəni açıq qoymaq xəstəliyə səbəb olur

Yatanda pəncərəni açıq qoymaq xəstəliyə səbəb olur

Tarix: 25 Avqust 2023 20:06

Mütəxəssislər isti havada sərinləmək üçün pəncərələri açıq yatmağın səhər saatlarında temperaturun düşməsi ilə bel və boyun sərtliyinə səbəb ola biləcəyini deyib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki,  xarici mediaya istinadən xəbər verir ki, isti və rütubətli havanın yuxu keyfiyyətinə mənfi təsir etdiyi bildirilib. İsti hava yuxuya getməyə mane olur. Bildirilib ki, yataq otağında ideal temperatur 19-20 dərəcə olmalıdır. 

Son günlər havaların çox isti keçməsinə görə bəziləri qapı və ya pəncərəni açıq qoyub yatır. Bu isə bədəndə bir çox narahatlığa gətirib çıxarır. Bu, boyun və çiyin ağrılarına gətirib çıxarır. Buna səbəb isə temperaturun düşməsi, havanın nəmişli olmasıdır. Bu cür şərait çiyin və bel sərtliyi kimi əzələ spazmlarına səbəb olur.

Küləklə birlikdə tərli bədənə daxil olan soyuq hava əzələ spazmlarını yaradır. Səhər yuxudan duranda bel və boyun sərtliyi hiss edəcəksiniz. Bu isə hərəkəti məhdudlaşdıran ağrılardır. 

Mütəxəssislər boş ətir və sprey şüşələrini yatmazdan əvvəl soyuq su ilə doldurub yatağınızın yanına qoymağı məsləhət görür. Gecə isti olanda üzünüzə və bədəninizə vura bilərsiniz. Ən çox da üzünüzə, topuq və dirsəyinizə su çiləyin. 


Etiketlər:  Yatanda pəncərəni açıq qoymaq xəstəliyə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ