Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi boynuna dolanmış piton ilanı dişlədi və...

Kişi boynuna dolanmış piton ilanı dişlədi və...

Tarix: 25 Avqust 2023 21:40

Tailandda 68 yaşlı kişi boynuna dolanmış 3 metrlik piton ilanı dişləyərək öz həyatını qurtara bilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Samutprakan vilayətində yaşayan Sarayut Malaçan onu öldürməyə çalışan ilanın quyruğunu dişləyib.

Quyruğu dişlənən ilan dərhal kişinin boynundan açılıb. O qaçmağa çalışsa da, Malaçan onu buraxmayıb, sürüyərək polis idarəsinə gətirib. Könüllülər ilana ilk yardım etdikdən sonra yenidən meşəyə buraxıblar.

İlandan sonra tibbi yardım növbəsi Malaçana çatıb.

Milli.Az


Etiketlər:  Kişi boynuna dolanmış piton ilanı dişlədi


RƏYLƏR