Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 23:57
Həkimlər hansı qidaların əhval-ruhiyyəni pisləşdirdiyini açıqlayıblar.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bəzi qidaların istifadəsi emosional tükənməyə səbəb ola bilər.
Bir sıra qidalar və içkilər var ki, onlar sevinc hormonu olan serotonin səviyyəsini aşağı salır. Serotonin bədən funksiyalarının tənzimlənməsində və bərpasında, əhval-ruhiyyənin, yuxunun, sümüklərin sağlamlığının, qanın laxtalanmasının, həmçinin yaddaşın yaxşılaşdırılmasında mühüm rol oynayır.
Bu zərərli qidalardan biri də doymamış yağlar olan və bir çox qidalarda olan trans yağlardır. Bu cür yağlar insan sağlamlığına və əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. Bu səbəbdən nevroloqlar rahat qidaları, duzlu qəlyanaltıları, çipsləri və kartofu qida rasionunuzdan xaric etməyi yaxud məhdudlaşdırmağı tövsiyə edirlər.
Kolbasa və ət konservləri kimi işlənmiş qidaların həddindən artıq istehlakından çəkinmək lazımdır. Çünki onlar həzm sisteminin sağlamlığına mənfi təsir göstərir. Sevinc hormonu serotoninin çoxu bağırsaqlarda istehsal olunur.
Spirtli və qazlı içkilər də ehtiyatla istehlak edilməli yaxud istehlakı məhdudlaşdırmalıdır. Həddindən artıq spirtli içki istehlakı depressiyaya və qaraciyər problemlərinə səbəb ola bilər.