Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2023-cü ilin FƏLAKƏTİ: 2400 uşağın həyatı TƏHLÜKƏDƏ

2023-cü ilin FƏLAKƏTİ: 2400 uşağın həyatı TƏHLÜKƏDƏ

Tarix: 27 Avqust 2023 23:10

Avqustun 9-da ABŞ-ın Havay ştatının Maui adasında başlayan meşə yanğını hələ də davam edir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 2400 uşaq fəlakətin qurbanı ola bilər.

Rəsmi məlumatlarda Lahaina turizm şəhərciyinin dağıdılması,150 nəfərin öldüyü, 850 nəfərin itkin düşdüyü bildirilir. Təxminən 4,5 min yerli sakin mənzilsiz qalıb.

Bu arada, Havay yayımçısı "Hawaii News Now" (HNN) tərəfindən sosial mediada Maui meri Riçard Bissenin suala cavab verə bilmədiyini göstərən bir video yayılıb: "Uşaqlar haradadır? Neçə uşaq itkin düşmüş hesab olunur?"

Məlumata görə, Lahainada 3000 məktəbli var idi, lakin indiyədək yalnız 400-ü məktəbə qayıdıb, daha 200 nəfər isə distant təhsilə keçib. 2400 uşağın başına nə gəldiyi məlum deyil.

Havay adalarının qubernatoru Coş Qrin "CBS News"un "Face the Nation" verilişində ölən və itkin düşənlər arasında çoxlu uşaqların olduğunu təsdiqləyib.

Hesablamalara görə, Maui adasında baş verən yanğınlar 6 milyard dollara yaxın ziyana səbəb olub. Bu qiymətləndirməni Havay ştatının qubernatoru verib və qeyd edib ki, alov iki mindən çox binanı məhv edib, daha 500 binaya isə ciddi ziyan dəyib.


Etiketlər:  2023 ilin FƏLAKƏTİ 2400 uşağın həyatı TƏHLÜKƏDƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ